Braziliyalı müdafiəçi David Luis mövsümün sonunda "Arsenal"dan ayrılacaq.
 
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
 
Xəbərdə, "topçular"la müqaviləsi yaya qədər olan müdafiəçinin klub rəhbərliyi ilə görüşdüyü və komandadan ayrılmaq qərarı verdiyi bildirilib.
 
2019-cu ilin yayından "Arsenal"da çıxış edən 34 yaşlı futbolçu London təmsilçisində iki mövsümdə 73 oyuna çıxıb.
 
Luislə Türkiyənin "Fənərbaxça", Portuqaliyanın "Benfika" və bir neçə ABŞ klubu maraqlanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest