"Mançester Siti" İngiltərə Premyer Liqasının 36-cı turunda səfərdə "Nyukasl"ı məğlub edib.
 
Matc.az klubun saytına istinadən xəbər verir ki, 4:3 hesabıyla qələbə qazanan "şəhərlilər" turnir tarixində yeni rekorda imza atıblar.
 
Belə ki, "Mançester Siti" Premyer Liqada ardıcıl 12 səfər matçında qələbə qazanan ilk komanda olub.
 
"Mançester Siti" Premyer Liqada 83 xalla liderdir. Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektiv turnirdə çempionluğunu rəsmiləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest