Futbol üzrə Almaniya Bundesliqasında 33-cü tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma baş tutub.
 
ötən tur çempionluğu rəsmiləşən "Bavariya" bu turda "Frayburq" səfərinə yollanıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. "Bayer" də "Yunion"la oyunda heç-heçəyə razılaşıb. 
 
Bundesliqada qalmaq uğrunda mübarizə aparan "Köln" bu turda çətin "Herta" səfərinə yollanıb. Bu oyunda qapılara qol vurulmayıb. Autsayderlər qrupunda yer alan "Arminiya" komandası isə "Hoffenhaym"la bərabərə qalıb.
 
Münhenqladbax "Borussiya"sı evdə "Ştutqart"a uduzub. "Auqsburq" "Verder"i, "Şalke" isə "Ayntraxt"ı məğlub yola salıb.
 
Almaniya Bundesliqası
33-cü tur
15 may
 
Arminiya – Hoffenhaym 1:1
Qol: Voqlzammer, 23 – Kramariç, 5.
 
Auqsburq – Verder 2:0
Qol: Xedira, 57. Kaliqiuri, 90-pen.
 
Borussiya (Münhenqladbax) – Ştutqart 1:2
Qol: Ştindl, 45 – Endo, 72. Kaladziç, 77.
 
Frayburq – Bavariya 2:2
Qol: Gulde, 29. Gunter, 81 – Levandovski, 26-pen. Sane, 53.
 
Herta – Köln 0:0
 
Şalke – Ayntraxt 4:3
Qol: Huntelaar, 15. İdrisi, 52. Flik, 60. Hoppe, 64 – A.Silva, 29; 72. Ndikka, 51.
 
Bayer – Union Berlin 1:1
Qol: Virts, 27 – Pohjanpalo, 72.
 
16 may
 
20:00. Maynts – Borussiya (Dortmund)
22:30. Leypsiq – Volfsburq
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest