Elvin Yunuszadə bundan sonra "Səbail"in formasını geyinəcək. 26 yaşlı futbolçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qış fasiləsinin səssiz komandalarından olan "Səbail" ilk transferini reallaşdırıb. Matç.az saytının məlumatına görə, paytaxt təmsilçisi müdafiə xəttini gücləndirib.

Belə ki, "Sabah"ın mərkəz müdafiəçisi Elvin Yunuszadə bundan sonra "Səbail"in formasını geyinəcək. 26 yaşlı futbolçu yeni komandası ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Səbail" qış fasiləsində hələlik yalnız Edqar Paçeko ilə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest