"Barselona"nın müdafiəçisi Xerard Pike səhmdarı olduğu "Andorra" klubunu gücləndirmə prosesini davam etdirir. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu V divizionda çıxış edən komandasının hər il bir üst liqaya yüksəlməsinə çalışır.

"Barsa"nın oyunçusu bu yöndə çalışmalarını davam etdirir. Maraqlıdı ki, Pike bununla bağlı komanda yoldaşı Lionel Messiyə də təklif edib. Belə ki, müdafiəçi argentinalıya ortaqlıqla yanaşı, "Andorra"da futbol oynamağı təklif edib.

O, Messinin karyerasının sonlarında bu komandada oynamasını istəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest