Futbol üzrə ABŞ birinci liqasında 3-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Tampa Bey" ilə qarşılaşıb. "Finiks Rayzinq" bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu sonadək mübarizə aparsa da, bu dəfə də fərqlənməyi bacarmayıb. Millimizin forvardı 68-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
üç oyuna 6 xal toplayan "Finiks Rayzinq" hazırda ikinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest