Almaniyanın "Verder" klubu baş məşqçisi Florian Kofeldtlə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Bremen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
39 yaşlı mütəxəssis uğursuz nəticələrə görə postundan uzaqlaşdırılıb. "Verder"i Münhenqladbax "Borussiya"sı ilə Bundesliqanın mayın 22-də keçiriləcək son matçına Tomas Şaaf çıxaracaq. Şaaf daha əvvəl 14 il "Verder"in "sükanı arxasında" olub.
 
"Verder" Bundesliqada 33 oyundan sonra 31 xalla 16-cı sırada qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest