Futbol üzrə Almaniya Bundesliqasının 33-cü turu çərçivəsində baş tutan "Frayburq"la oyun "Bavariya"nın hücumçusu Robert Levandovski üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, 32 yaşlı futbolçu Münhen klubunun sabiq oyunçusu Herd Müllerin rekordunu təkarlayıb.
 
O, bu qarşılaşmanın 26-cı dəqiqəsində penaltidən dəqiq istifadə edərək cari mövsümdə vurduğu qolların sayını 40-a çatdırıb. Beləliklə, polşalı oyunçu Herd Müllerin 1971/72 mövsümündəki rekordunu təkrarlayıb.
 
Futbolçu bu uğurun şərəfinə "Forever Gerd" (Hər zaman Herd) yazılı xüsusi hazırlanmış köynək geyinib və qol vurduqdan sonra onu nümayiş etdirib. Levandovski son turda qarşılaşacaqları "Auqsburq"la oyunda ən azı daha bir qol vurmağı bacarsa, o zaman Almaniya çempionatları tarixində bir mövsümdə ən çox qol vuran futbolçuya çevriləcək.
 
Qeyd edək ki, Levandovski bu mövsüm bütün turnirlər çərçivəsində meydana çıxdığı 39 oyunda 47 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest