Sabah Azərbaycan I Divizionunda 2020/2021-ci illər mövsümünün mükafatlandırılma mərasimi keçiriləcək.
 
Matc.az xəbər verir ki, mükafatlandırılma mərasimi son turun "Zaqatala" – "Neftçi-2" görüşündən sonra Türk Hava Yolları Futbol Mərkəzinin 4-cü meydançasında baş tutacaq.
 
Mərasimdə müvafiq olaraq "Turan Tovuz"a bürünc, "Zaqatala"ya gümüş, "Neftçi-2"yə isə qızıl medallar və kubok təqdim olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest