Türkiyənin "Sivasspor" klubunun bu ilin əvvəlində "Beşiktaş"dan icarəyə götürdüyü Tayler Boyd Super Liqa təmsilçisindən ayrılıb.
 
Matc.az xəbər verir ki, bu barədə 26 yaşlı futbolçu sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
Amerikalı oyunçu bunları qeyd edib: "19 matçda məğlub olmamaq! Bu rekordun bir parçası olduğum üçün çox qürurluyam. Komanda yoldaşlarıma, məşqçilərimiə və "Sivasspor" ailəsinə 4 möhtəşəm ay üçün təşəkkür edirəm".
 
Qeyd edək ki, ABŞ millisinin də üzvü olan yarımmüdafiəçi "Sivasspor"da 14 oyuna çıxıb, 5 qola imza atıb. 
 
Tayler Boyd "Beşiktaş"a 2019/20 mövsümündə Portuqaliyanın "Gimaraynş" klubundan 2.4 milyon avroya transfer edilmişdi. Onun İstanbul təmsilçisi ilə 2023-cü ilin yayına qədər müqaviləsi var. Bu üzdən də o, yenidən "Beşiktaş"a qayıdacaq. Yarımmüdafiəçi "qara qartallar"ın heyətində meydana çıxdığı 34 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest