Futbol üzrə İran çempionatında 23-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Maşinsazi" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Naft MİS" ilə qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Bu mövsüm keçirdiyi 22 oyunda cəmi 11 xal toplamış "Maşinsazi" 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb. Təbrizin daha məşhur "Traktor" klubu isə 21 oyuna topladığı 29 xalla 8-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest