Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
 
"Liverpul" Premyer Liqanı tərk edəcəyi dəqiqləşən "Vest Bromviç"lə qarşılaşıb və son dəqiqələrdə qapıçısı Alissonun vurduğu qol sayəsində çətin qələbəyə sevinib.
 
"Tottenhem" doğma meydanda "Vulverhempton"la qarşılaşıb. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
 
Turun son matçında Karlo Ançelottinin rəhbərlik etdiyi "Everton" doğma meydanda autsayder "Şeffild Yunayted"in müqavimətini qırmağa çalışıb. Amma meydan sahibləri bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşiblər. 
 
İngiltərə Premyer Liqası
36-cı tur
11 may
 
Mançester Yunayted – Lester Siti 1:2
Qol: Qrinvud, 15 – Tomas, 10. ç.Söyüncü, 66.
 
12 may
 
çelsi – Arsenal 0:1
Qol: Smit Rou, 16.
 
14 may
 
Nyukasl – Mançester Siti 3:4
Qol: Kraft, 25. Joelinton, 45+6-pen. Uillok, 62 – Kanselo, 39. Torres, 42; 64; 66.
 
15 may
 
Bernli – Lids 0:4
Qol: Klix, 44. Harrison, 59. Rodriqo, 77; 79.
 
Sauthempton – Fulhem 3:1
Qol: Adams, 27. Tella, 60. Uolkott, 82 – Karvalyo, 75.
 
Brayton – Vest Hem 1:1
Qol: Uelbek, 84 – Benrahma, 87.
 
16 may
 
Kristal Pelas – Aston Villa 3:2
Qol: Benteke, 32. Zaha, 75. Mitçell, 84 – Makqinn, 17. El-Qazi, 34.
 
Tottenhem – Vulverhempton 2:0
Qol: Keyn, 45. Hoybyerq, 62.
 
Vest Bromviç – Liverpul 1:2
Qol: Robson-Kanu, 15 – Salah, 33. Alisson, 90+5.
 
Everton – Şeffild Yunayted 0:1
Qol: Jebbison, 7.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest