Futbol üzrə Fransa çempionatında 2020/21 mövsümünün sonunda elitanı tərk edəcək daha bir klubun adına aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, "Nim" klubu Liqa 1-də mövsümün sonuna bir tur qalmış elita ilə vidalaşmaq məcburiyyətində qalıb.
 
Sözügedən komanda 37-ci turda Lion "Olimpik"inə 2:5 hesabı ilə uduzub. Beləliklə, hazırda 35 xala malik "Nim"in mövsümü 19-cu pillədə başa vuracağı və elitanı tərk edəcəyi dəqiqləşib. Bu komanda növbəti mövsümdən Liqa 2-də mübarizə aparacaq.
 
Daha əvvəl sonuncu pillədə qərarlaşan "Dijon"un elitanı tərk edəcəyi dəqiqləşmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest