Almaniya Futbol İttifaqının (DFB) prezidenti Frits Keller istefa verib.
 
Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Keller istefa verərək, vəzifəsindən ayrılıb.
 
Keller aprelin 23-də təşkilatın rəyasət heyətinin iclasında DFB-nin vitse-prezidenti Rayner Koxu Nasist Xalq Tribunalının sədri Roland Freyslerlə müqayisə etmiş, daha sonra həmkarından üzr istəmişdi. Kox prezidentin üzrünü qəbul etməmişdi. Kellerin bu səbəbdən istefa verdiyi bildirilir.
 
Keller 2019-cu ilin sentyabrından Almaniya Futbol İttifqaının prezidenti vəzifəsini icra edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest