"Neftçi"nin hücumçusu Kvame Karikari karyerasını Albaniyada davam etdirəcək. Bu barədə məlumatı ghanasoccernet.com saytı yayıb.

"Neftçi"nin hücumçusu Kvame Karikari karyerasını Albaniyada davam etdirəcək. Matç.az xəbər verir ki, bu barədə məlumatı ghanasoccernet.com saytı yayıb.

Xəbərdə bildirilir ki, qanalı forvard "Partizani" ilə anlaşıb. 26 yaşlı futbolçu "Neftçi" ilə vidalaşaraq, yeni komandası ilə müqaviləyə qol çəkib. Lakin sözləşmənin detalları barədə heç nə yazılmayıb.

Qeyd edək ki, Kvame Karikari "Neftçi"yə cari mövsümün əvvəlində Qətər klubu "Al-Arabi"dən keçib. O, paytaxt klubunun heyətində 8 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest