Futbol üzrə Azərbaycan Birinci Divizionunda mövsümün son oyununun ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə də xüsusi hədiyyə təqdim olunub.
 
Matc.az xəbər verir ki, yarışı 3-cü pillədə başa vurmuş "Turan Tovuz"un hücumçusu Vidadi Cəfərov 18 qolla Birinci Divizionda 2020/21 mövsümünün ən sərrast futbolçusu seçilib.
 
Qeyd edək ki, Cəfərovun ən yaxın izləyicisi olan "Zaqatala"nın futbolçusu Bəhruz Teymurov 14 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest