"Səbail"in zədəli futbolçusu Rauf Əliyev artıq sağalıb və komanda ilə məşqlərə başlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
32 yaşlı hücumçu Premyer Liqanın 26-cı turunun "Səbail" – "Neftçi" matçında (0:4) başından ağır zədə almışdı. Təcili xəstəxanaya aparılan millimizin sabiq hücumçusuna bir neçə tikiş atılmışdı. Əliyev bu səbəbdən 27-ci turun "Zirə" - "Səbail" matçını (0:2) buraxmışdı.
 
"Səbail" çempionatın son turu çərçivəsində sabah "Sumqayıt"la qarşılaşacaq. "ASCO Arena"da keçiriləcək oyuna saat 18:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest