Bu barədə Kipr mətbuatı məlumat yayıb. Norveçli futbolçuya Azərbaycandan sərfəli təklif olduğu, lakin Zahidin qərar vermək üçün tələsmədiyi bildirilib. Təklif göndərən klubun adı açıqlanmayıb.

Kiprin APOEL klubunun futbolçusu Qayas Zahid karyerasını Azərbaycanda davam etdirə bilər.
 
Matc.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçiyə Türkiyə və Azərbaycan klublarından təkliflər var.
 
Bu barədə Kipr mətbuatı məlumat yayıb. Norveçli futbolçuya Azərbaycandan sərfəli təklif olduğu, lakin Zahidin qərar vermək üçün tələsmədiyi bildirilib. Təklif göndərən klubun adı açıqlanmayıb.
 
2017-ci ildən APOEL-də çıxış edən Zahidin klubla müqaviləsi mayın sonuna qədərdir. O, yeni klubuna azad agent kimi keçəcək.
 
Yarımmüdafiəçi 2018-ci ilin yayında debüt etdiyi Norveç yığmasında 2 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest