Bakıda təlim-məşq toplanışında olan "Keşlə"nin ilk yoxlama görüşünün başlama vaxtı müəyyənləşib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar sabah "Qaradağ Lökbatan"ı sınağa çəkəcək.

I divizion təmsilçisi ilə Bakıda baş tutacaq qarşılaşma Türk Hava Yolları Futbol Mərkəzində keçiriləcək və saat 12:00-da stat götürəcək.

Yanvarın 12-də toplanışın ikinci mərhələsi üçün Antalyaya yollanacaq "Keşlə" orda 4 yoxlama görüşü keçirəcək. Rəqiblər 3-ü (17 yanvar - "Okjetpes" (Qazaxıstan), 23 yanvar - "Konkordiya" (Rumıniya), 25 yanvar - "çertanovo" (Rusiya)) bəllidi. Komanda ayın 26-da vətənə dönəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest