İngiltərənin "Kristal Pelas" klubunda baş məşqçi Roy Hocsonla yollar ayrılacaq.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, Hocsonun mövsümün sonunda baş məşqçi postundan ayrılacağı bildirilib.
 
2017-ci ildən "Kristal Pelas"ı çalışdıran 73 yaşlı mütəxəssis, 45 illik məşqçilik karyerasını bitirməyi düşündüyünü deyib.
 
Hocson daha əvvəl İtaliyada "İnter", "Udineze", İngiltərədə "Fulhem", "Vest Bromviç", "Liverpul", "Belkbern" kimi komandaları çalışdırıb. O, 2012-2016-cı illər aralığında İngiltərə millisində baş məşqçilik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest