İngiltərənin "Mançester Yunayted" klubunda 2020/21 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən Bruno Fernandes bu mövsümün ən yaxşısı seçilib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı yarımmüdafiəçi səslərin 63 faizini toplayıb. Luk Şou ikinci, Edinson Kavani üçüncü olub.
 
Qeyd edək ki, Bruno Fernandes ötən mövsüm də "Mançester Yunayted"in ən yaxşısı elan edilmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest