İspaniyanın "Qranada" klubu hücumçusu Roberto Soldado ilə müqavilənin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
35 yaşlı futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.
 
Qeyd edək ki, Soldado 2019-cu ilin yayından "Qranada"nın uğurları üçün çalışır. İspaniya millisinin sabiq üzvü bu mövsüm "Qranada"nın heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 42 oyunda 14 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest