"Malyorka" növbəti mövsümdən futbol üzrə İspaniya La Liqasında mübarizə aparacaq.
 
Matc.az xəbər verir ki, sözügedən komandanın Sequndanı ikinci pillədə başa vuracağı dəqiqləşib.
 
Belə ki, üçüncü pillədə qərarlaşan "Almeriya" 40-cı turda "Kartaxena" ilə səfər oyunundan 2:3 hesablı məğlubiyyətlə ayrılıb və 67 xalda qalıb. Bu isə o deməkdir ki, hələ üç oyunu qalan və hazırda 75 xala malik "Malyorka" mövsümü gümüş medallarla başa vuracaq.
 
Qeyd edək ki, daha öncə Sequndanın lideri "Espanyol"un La Liqada oynayacağı dəqiqləşmişdi. Sözügedən komanda hazırda 81 xalla zirvədə qərarlaşıb. Elitaya sonuncu vəsiqənin taleyinə isə pley-off oyunlarından sonra aydınlıq gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest