İngiltərənin "Sauthempton" klubu bu mövsümün əvvəlində "Everton"dan icarəyə götürdüyü Teo Uolkott ilə yeni müqavilə imzalamağa qərar verib.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə İngiltərə millisinin sabiq üzvü olan forvardla yeni müqavilə barədə razılığa gəlindiyi diqqətə çatdırılıb. Belə ki, iyunda icarə müqaviləsinin müddəti bitəndən sonra, Uolkott "Sauthempton"la yeni 2 illik sözləşmə imzalayacaq.
 
Qeyd edək ki, Uolkott "Sauthempton"un öz yetirməsidir. O, 16 yaşında bu klubun əsas komandasında debüt edib. 2006-2018-ci illər aralığında "Arsenal"da çıxış edən futbolçu, "Everton"la 2018-ci ilin yanvarında müqavilə imzalamışdı. 32 yaşlı futbolçu bu mövsüm "Sauthempton"un heyətində 22 oyuna çıxıb, 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest