Almaniyanın "Bavariya" komandasının məşqçisi Miroslav Kloze Bundesliqa nəhəngi ilə yollarını ayırmağa qərar verib.
 
Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
42 yaşlı mütəxəssis müddəti bitən müqaviləsini yeniləməyib. O, yayda "Bavariya"nı tərk edəcək.
 
Klozenin Almaniyanın "Fortuna" komandasına baş məşqçi təyin olunacağı gözlənilir.
 
Kloze 2020-ci ilin yayından "Bavariya"da məşqçilik edirdi. O, baş məşqçi Hans-Diter Flikin köməkçilərindən idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest