"Arsenal"ın baş məşqçisi Mikel Arteta müdafiəçi David Luisin mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə ispan mütəxəssis "topçular"ın mətbuat xidmətinə açıqlamasında deyib.
 
O, Luisin yayda klubu tərk edəcəyini təsdiqləyib.
 
2019-cu ilin yayından "Arsenal"da çıxış edən 34 yaşlı futbolçu London təmsilçisində iki mövsümdə 73 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest