Argentinanın "River Pleyt" klubu Libertadores kubokunun 5-ci turu çərçivəsində "Santa Fe" ilə qarşılaşacağı oyuna qapıçısız çıxa bilər. Matc.az xəbər verir ki, buna səbəb paytaxt klubunda koronavirusa yoluxma hallarının artmasıdır.
 
"River Pleyt"in 25 futbolçusunda koronavirus aşkarlanıb ki, onlardan 4-ü qapıçıdır.
 
"River Pleyt" Cənubi Amerika Futbol Konfederasiyasına (CONMEBOL) əsas heyətə gənclər komandasından iki qapıçı əlavə etmək istəyi ilə müraciət etsə də, rədd cavabı alıb.
 
Libertadores kubokuna turnir başlamazdan əvvəl komandaların 50 futbolçu sifariş etmək hüququ olur. "River Pleyt" isə həmin vaxt sadəcə 32 oyunçu sifariş etmişdi.
 
"River Pleyt"in "Santa Fe" ilə oyununda qapıda yarımmüdafiəçi Entso Peresin dayanacağı ehtimal edilir. Mayın 21-də keçiriləcək matç saat 04:00-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest