"Sabah" mövsümün sonunda müqavilə müddəti başa çatacaq daha bir futbolçu ilə müqavilə yeniləyəcək. Matc.az xəbər verir ki, söhbət komandanın qapıçısı Saşa Stamenkoviçdən gedir. 36 yaşlı qolkiper daha bir il paytaxt klubunun formasını geyinəcək.
 
Serbiyalı qapıçı 2018-ci ilin yayından "Sabah"ın uğurları üçün çalışır. Oyun sayında komandanın rekordçusu olan Saşa karyerası ərzində Serbiyanın "Radniçki" (2006), "Napredak" (2006-2008), "Srvena Zvezda" (2008-2011), Azərbaycanın "Neftçi" (2011-2015), Qazaxıstanın "Okjetpes" (2016-2018) klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest