"Neftçi" - "Qarabağ" görüşü qalmaqalla yadda qalıb. Matc.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXVIII turunun oyunundan sonra meydanda insident yaşanıb.

Belə ki, "Qarabağ" uzatma dəqiqələrində baş hakim Elçin Məsiyevin penalti təyin etməməsinə etiraz edib. Məsiyev qonaqların futbolçusu Elvin Cəfərquliyevə qırmızı vərəqə göstərib.

Qeyd edək ki, "Neftçi"nin 1:0 hesabı ilə qalib gələrək, "Qarabağ"ın ardıcıl 7 mövsümlük çempionluq seriyasına son qoyub və tarixində 9-cu dəfə qızıl medal qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest