ölkəmizi avrokuboklarda təmsil edəcək bütün klublar bəlli olub. Matc.az xəbər verir ki, "Neftçi" qızıl medalların sahibi kimi çempionlar Liqasına vəsiqəni təmin edib. Paytaxt təmsilçisi çL-in birinci mərhələsində "səpələnməmişlər" səbətində yer alacaq və daha güclü rəqiblə qarşılaşacaq.

"Qarabağ" 2-ci, "Sumqayıt" 3-cü pillənin sahibi olaraq Konfrans Liqasında oynamaq hüququ qazanıb. Hə iki komanda ikinci mərhələdən mübarizə aparacaqlar.

Qeyd edək ki, Konfrans Liqasına son vəsiqənin sahibi mayın 24-ü keçiriləcək Azərbaycan kubokunun finalında "Keşlə" - "Sumqayıt" matçından sonra müəyyənləşəcək.

"Keşlə" qalib gəlsə, Konfrans Liqasına vəsiqəni təmin edəcək. "Sumqayıt"ın qalibiyyəti təqdirdə, ölkə çempionatında 4-cü yerin sahibi "Zirə" avrokuboklarda oynamaq hüququ qazanacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest