Futbol üzrə İtaliya kubokunda 2020/21 mövsümünün qalibi müəyyənləşib. 
 
Matc.az xəbər verir ki, həlledici oyunda "Yuventus"la "Atalanta" komandaları üz-üzə gəlib.
 
Final matçında qapılara üç qol vurulub. Hesabı 31-ci dəqiqədə "Yuventus" açıb. Deyan Kuluşevskinin qoluna 41-ci dəqiqədə "Atalanta"nın futbolçusu Ruslan Malinovski cavab verib. Amma 73-cü dəqiqədə Federiko Kyeza daha bir qol vurmaqla Turin təmsilçisinə 2:1 hesablı qələbə qazandırıb
 
Beləliklə, "Yuventus" tarixində 14-cü dəfə İtaliya kubokunun qalibi olub. Turinlilər bu rekordçudurlar. İkinci yerdə 9 dəfə kuboku qazanmış "Roma" qərarlaşıb. 4-cü dəfə finalda uduzan "Atalanta" isə cəmi bir dəfə həlledici oyundan qalib ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest