İngiltərənin "Vest Bromviç" klubunda baş məşqçi istefası gerçəkləşib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin çalışdırıcısı Sem Ellardays mövsümün sonunda vəzifəsindən ayrılacaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ellardays Premyer Liqanın 37-ci turu çərçivəsində "Vest Hem"ə məğlub olduqları oyundan (1:3) sonra istefa verib. 66 yaşlı mütəxəssis mövsümün sonunda klubdakı işindən ayrılacaq.
 
"Vest Bromviç" Premyer Liqada 26 xalla 19-cu sıradadır. Komanda bu il elitanı tərk edəcək və yeni mövsümdə çempionşipdə mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest