Adı İngiltərə Premyer Liqasının "Şöhrət zalı"na daxil edilən daha bir futbolçu məlum olub.
 
Matc.az turnirin saytına istinadən xəbər verir ki, bu, "Arsenal"ın keçmiş hücumçusu Dennis Berqkampdır.
 
Niderlandlı sabiq futbolçu Premyer Liqada "Arsenal"la üç dəfə çempion olub. Berqkamp "Arsenal"da ümumilikdə 423 oyunda 120 qol vurub.
 
Berqkamp Frenk Lempard, Roy Kin, Erik Kantona, Tyerri Anri və Alan Şirerdən sonra adı "Şöhrət zalı"na daxil edilən altıncı futbolçudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest