Onlardan 13-ü səpələnmişlər, 9-u səpələnməmişlər səbətində yer alıbsa, 4-nün mövqeyi qeyri-müəyyəndi. Səpələnmişlər - daha güclülər "Neftçi"nin adı dəqiqləşən potensial rəqibləridi.

Azərbaycanı növbəti mövsüm çempionlar Liqasında "Neftçi" təmsil edəcək. "Qarabağ"la mübarizədə çempionluğu əldə edən kollektiv mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Matc.az xəbər verir ki, Samir Abasovun komandası səpələnməmişlər səbətində yer alacaq.
 
ümumiyyətlə, növbəti mövsüm bu turnirin I təsnifat mərhələsində yarışacaq 26 klubun adı dəqiqləşib. Onlardan 13-ü səpələnmişlər, 9-u səpələnməmişlər səbətində yer alıbsa, 4-nün mövqeyi qeyri-müəyyəndi. Səpələnmişlər - daha güclülər "Neftçi"nin adı dəqiqləşən potensial rəqibləridi. Qeyr-müəyyənlərin də hələ səbəti dəqiqləşmədiyindən onların da "Neftçi" ilə qarşılaşmaq ehtimalı var.
 
çemponlar Liqası (2021/22)
I təsnifat mərhələsi
Səpələnmişlər: "Dinamo" (Zaqreb, Xorvatiya), "Olimpiakos" (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), "Ludoqorets" (Bolqarıstan), "Malmö" (İsveç), "Legiya" (Polşa), "Şerif" (Moldova), "Ferensvaroş" (Macarıstan), "Şkendiya" (Şimali Makedoniya), "Dinamo" (Tbilisi, Gürcüstan), çFR (Rumıniya), "Jalgiris" (Litva), "Slovan" (Slovakiya)
Səpələnməmişlər: "Riqa" (Latviya), "Helsinki" (Finlandiya), "Şaxtyor" (Belarus), "Neftçi" (Azərbaycan), "Şemrok Rovers" (İrlandiya), "Konnahs Kuey" (Uels), "Valyur" (İslandiya), "Bude Qlimt" (Norveç), "Hamrun Spartans" (Malta)
 
Qeyri-müəyyənlər:  "Flora" (Estoniya"), "Buduçnost" (Monteneqro), "Kayrat" (Qazaxıstan), "Linkoln" (Cəbəllütariq)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest