Bir müddət əvvəl 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında oynamaqdan imtina edən Emre Kaplan Türkiyə yığmasından dəvət alıb.
 
Matc.az xəbər verir ki, bu barədə 20 yaşlı müdafiəçinin formasını geyindiyi "Bodrumspor" klubunun mətbuat xidməti məlumat yayıb. Emre Kaplan Türkiyənin U-21 yığmasına çağırılıb.
 
Emre Kaplan Azərbaycanın U-21 millisində üç oyuna çıxıb. Müdafiəçi müqavilə ilə "Başakşəhər" klubuna məxsusdur. Emre hazırda "Bodrumspor" komandasında icarədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest