Azərbaycanlı futbolçu Ayaz Quliyevin Rusiyanın "Rostov" klubuna keçidi baş tutmayıb.
 
Matc.az xəbər verir ki, tərəflər müqavilə şərtlərində razılığa gələ bilməyiblər.
 
Rusiya mətbuatının xəbərinə görə, 24 yaşlı yarımmüdafiəçi bu ölkənin "Axmat" klubuna keçməyə yaxındır.
 
Ayazın son klubu "Spartak" olub. Moskva təmsilçisi mayın 11-də Quliyevin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest