Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin bu yay "Qarabağ"dan ayrılacağı artıq dəqiqləşib. Matc.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da futbolçunun karyerasını ölkə xaricində davam etdirəcəyini təsdiqləyib.
 
Mahirin Polşanın "Legiya" klubu ilə bütün məsələlərdə razılığa gəldiyi bildirilir. Böyük ehtimalla Varşava təmsilçisi tezliklə bütün məsələləri yoluna qoyacaq və bu transferi rəsmən açıqlayacaq.
 
Polşa mətbuatının yazdığına görə, millimizin hücumçusu yeni klubunda ilinə 300 min avro maaş alacaq. Bu, onu ən yüksək maaş alan azərbaycanlı futbolçuya çevirəcək.
 
"Bakı"nın yetirməsi olan Mahir 2015-ci ildən "Qarabağ"ın uğurları üçün çalışırdı. 23 yaşlı futbolçu geridə qalan mövsümdə Ağdam klubunun heyətində bütün turnirlər çərçivəsində 30 matça çıxıb, 22 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest