Türkiyənin "Qaziantep" komandasının yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Erol Bulut çalışdıracaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 46 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, "Qaziantep"i son olaraq Rikardo Sa Pinto çalışdırırdı. Lakin onun müqaviləsinin müddəti mövsümün sonuna qədər olduğundan, artıq klubdan ayrılıb.
 
Erol Bulut isə son olaraq "Fənərbaxça"nı çalışdırıb. Mövsümün ortasında istefaya göndərilən mütəxəssis, daha öncə "Alanyaspor" və "Yeni Malatyaspor"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest