AFFA Hakimlər Komitəsi böyük ehtimalla finalı FİFA referisi Əliyar Ağayevə həvalə edəcək. Lakin onun çempionatın son turunda - "Sabah" - "Zirə" matçında olmayan penaltini təyin etməsi komitə rəhbərliyini çətinə salıb.

üç gün sonra keçiriləcək kubokun final oyunu ilə Azərbaycan futbolunda 2020/21 mövsümünə yekun vurulacaq. Matc.az xəbər verir ki, həlledici qarşılaşmada "Sumqayıt"la "Keşlə" komandaları üz-üzə gələcək.

Hazırda əsas sual doğuran məsələlərdən biri də bu oyunu hansı hakimin idarə edəcəyidi. Xüsusilə, Premyer Liqanın son turundakı mübahisəli hakim qərarlarından sonra mövsümün taleyüklü son görüşünə təyinatlar maraqla gözlənilir.

AFFA Hakimlər Komitəsi böyük ehtimalla finalı FİFA referisi Əliyar Ağayevə həvalə edəcək. Lakin onun çempionatın son turunda – "Sabah" – "Zirə" matçında olmayan penaltini təyin etməsi komitə rəhbərliyini çətinə salıb.

Finalın Kamal Umudluya tapşırılması ehtimalı  da var. Lakin onun şansı çox azdı. Elə Premyer Liqanın çempionunu müəyyənləşdirən Elçin Məsiyevin da kubokun final görüşünə təyinat alması real görünmür. çünki bir həftə ərzində iki taleyüklü oyunun bir referiyə həvalə edilməsi inandırıcı deyil. üstəlik, Məsiyevin "Neftçi" – "Qarabağ" matçındakı mübahisəli qərarları hələ də müzakirə mövzusudu və bu gedişlə uzun müddət unudulmayacaq.

Belə olan halda, ehtimal etmək olar ki, final qarşılaşmasını idarə etməyə əsas namizəd elə Əliyar Ağayevdi.

Qeyd edək ki, "Keşlə" ilə "Sumqayıt"ın final görüşü mayın 24-də Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq. Həlledici oyuna saat 19:30-da start veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest