Ukraynanın "Minay" klubunun futbolçuları – Anatoli Nuriyev və Rüstəm Əhmədzadə Azərbaycan milli komandasına dəvət alıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, hər iki futbolçunun Azərbaycan yığmasının mayın 22-dən iyunun 6-na qədər davam edəcək toplanışına çağırıldığı bildirilib.
 
Rüstəm Əhmədzadə ilk dəfə Azərbaycan yığmasına çağırılıb. Nuriyev isə bundan əvvəl millidə üç oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest