Türkiyənin "Qaziantep" klubunun yarımmüdafiəçisi Bilal Başacıkoğlu Super Liqa təmsilçisindən ayrılıb. Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu karyerasını Niderlandda davam etdirəcək.
 
O, bu ölkənin "Herakles Almelo" klubu ilə müqavilə imzalayıb. Tərəflər 2+1 illik anlaşıblar. Bilalın "Qaziantep"lə müqaviləsinin müddəti başa çatdığı üçün, Niderland təmsilçisinə azad agent statusu ilə keçib.
 
Niderlandda dünyaya göz açan, "Ayaks"ın yetirməsi olan Bilal Başacıkoğlu, bu ölkədə "Herenven" və "Feyenoord", Türkiyədə isə "Kayserispor" və "Trabzonspor" klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest