İngiltərənin "Vulverhempton" klubunun futbolçusu Raul Ximenes karyerasının sonuna qədər başında qoruyucu dəbilqə ilə oynaya bilər.
 
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" nəşri məlumat yayıb.
 
Meksikalı hücumçu 2020-ci ilin noyabrında, "Arsenal"la oyunda başına zərbə almış və kəllə sümüyündə çat yaranmışdı.
 
Ximenesin yeni mövsümün əvvəlində artıq yaşıl meydanlara qayıdacağı və karyerasının sonuna qədər başında qoruyucu dəbilqə ilə oynayacağı gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest