İngiltərənin "Vulverhempton" klubunun baş məşqçisi Nuno Espirito Santo Premyer Liqa təmsilçisindən ayrılmağa qərar verib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı yayıb. Xəbərdə baş məşqçinin öz istəyi ilə mövsümün sonunda vəzifəsindən ayrılacağı diqqətə çatdırılıb. Portuqaliyalı mütəxəssis mayın 23-də "Mançester Yunayted"lə keçiriləcək mövsümün son qarşılaşmasının ardından komandadan ayrılacaq.
 
Qeyd edək ki, Nuno Espirito Santo 2017-ci ildən "Vulverhempton"a rəhbərlik edirdi. Onun bu klubla 2023-cü ilin yayınadək müqaviləsi vardı.
 
47 yaşlı mütəxəssis daha öncə "Rio Ave", "Portu" və "Valensiya" klublarına da rəhbərlik edib.
 
"Vulverhemtpon" İngiltərə Premyer Liqasında mövsümün sonuna bir tur qalmış 45 xalla 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest