Futbol üzrə Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyev Ukraynanın "Minay" klubundan ayrılıb. Matc.az xəbər verir ki, bu barədə o, Ukrayna mətbuatına açıqlamasında məlumat verib.
 
25 yaşlı futbolçu artıq azad agent olduğunu bildirib: "Minay"ın Premyer Liqanı tərk etməsinin səbəbi barədə danışmaq istəmirəm. İndi azad agentəm. Amma gələcəyimlə bağlı hələ bir əminlik yoxdur. Karyeramı daha da inkişaf etdirəcəyim klubda davam etdirmək istərdim. Bu klubun Ukrayna və ya başqa bir çempionatda olmasının fərqi yoxdur. "Kolos"a keçəcəyim barədə xəbərlər sadəcə söz-söhbətdir".
 
Nuriyev mövsümün sonunda aldığı zədəsinin sağalmaqda olduğunu vurğulayıb: "Düşünürəm ki, bir həftə sonra məşqlərə başlaya biləcəyəm. Buna görə Azərbaycan millisinin düşərgəsinə gedəcəyəm. Amma böyük ehtimalla Türkiyə yğması ilə Alnayadakı yoldaşlıq matçında forma geyinə bilməyəcəyəm".
 
Qeyd edək ki, Anatoli Nuriyev 2018-ci ildən "Minay"ın uğurları üçün çalışırdı. O, geridə qalan mövsümdə Ukrayna Premyer Liqasında 22 matçda forma geyinib və 10 qola imza atıb. "Minay" isə 26 oyuna topladığı 18 xalla 14 kollektiv arasında sonuncu yeri tutub və elitanı tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest