İngiltərənin "Tottenhem" klubunun baş məşqçi postuna namizədlərin sayı artır. Matc.az xəbər verir ki, Nuno Espirito Santonun "Vulverhempton"dan istefası London təmsilçisinin rəhbərliyini hərəkətə gətirib.
 
Onlar portuqaliyalı mütəxəssisi komandada görmək üçün danışıqlara başlayıblar.
 
"Napoli"nin baş məşqçisi Cennaro Qattuzonun da "Tottenhem"i çalışdırması ehtimalı yüksək qiymətləndirilir. Qattuzonun "Napoli" ilə müqaviləsi mövsümün sonuna qədərdir. Onun rəhbərlik etdiyi kollektiv A Seriyasında 4-cü sıradadır.
 
"Tottenhem"i hazırda müvəqqəti olaraq Rayan Meyson çalışdırır. London təmsilçisi Premyer Liqada 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest