Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bu gün futbol üzrə Azərbaycan Premyer Liqasını 3-cü pillədə tamamlayan "Sumqayıt" Futbol Klubunun qonağı olub.
 
Matc.az xəbər verir ki, şəhər rəhbəri qazanılan uğur münasibətilə klubun prezidenti Riad Rəfiyev, əsas komandanın baş məşqçisi Ayxan Abbasov və futbolçu heyəti ilə görüşüb.
 
Futbol üzrə Azərbaycan çempionatının bürünc mükafatını qazanması münasibəti ilə komandanı təbrik edən Zakir Fərəcov Azərbaycan Kubokunun final qarşılaşmasında iştirak edəcək "Sumqayıt"a həlledici görüşdə uğurlar arzulayıb. Şəhər rəhbəri tərəfindən kluba fəxri fərman və xüsusi hədiyyələr verilib.
 
"Sumqayıt"ın prezidenti Riad Rəfiyev də öz növbəsində Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün bürünc medalı və komanda üzvləri tərəfindən imzalanmış topu Zakir Fərəcova təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest