Fransanın "Onze Mondial" nəşri Avropada mövsümün ən yaxşı futbolçusu ilə bağlı sorğu keçirib.
 
Matc.az xəbər verir ki, səsvermənin nəticəsinə görə, ən yaxşı adına "Real"ın futbolçusu Kərim Benzema layiq görülüb. Fransalı hücumçu 47,3 faiz səslə birinci olub.
 
İkinci yeri 20,1 faizlə "Barselona"nın kapitanı Lionel Messi tutub. İlk üçlüyü isə 11,3 faiz səslə "Bavariya"dan Robert Levandovski tamamlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest