"Neftçi" 3 futbolçu ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi Keysuke Honda, Ahmed Ahmedov və Rener Alveşlə vidalaşıb. Bu barədə komandanın baş məşqçisi Samir Abasov "Neftçi TV"yə açıqlamasında bildirib.
 
Abasovun sözlərinə görə, Hondanın müqavilə müddəti başa çatıb və o, davam etmək istəməyib. çempionluq qolunu vuran Ahmed Ahmedov isə müqavilə ilə məxsus olduğu Sofiya çSKA-sına qayıdacaq. Heyətə düşməyən Rener Alveşin gedişi bir müddət əvvəldən dəqiqləşmişdi.
 
Baş məşqçi legioner hücumçu transfer edəcəklərini əlavə edib. O həmçinin digər mövqelərə də yerli və əcnəbi futbolçular axtardıqlarını söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest