"Barselona" futbolçusu Lionel Messi ilə yeni müqavilə imzalayacaq.
 
Matc.az xəbər verir ki, bu barədə italyan jurnalist Nikola Skira özünün "tvitter" hesabında məlumat yayıb.
 
O, tərəflərin artıq razılaşdığını və Messinin müddəti 2023-cü ilin yayına qədər olan yeni sözləşmə imzalayacağını bildirib.
 
Messinin "Barselona" ilə indiki müqaviləsi iyunun sonuna qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest