Bu gün futbol üzrə Almaniya Bundesliqasında sonuncu – 34-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, bütün qarşılaşmalar eyni vaxtda oynanılıb.
 
çempion "Bavariya" son turda doğma meydanda "Auqsburq"u qəbul edib. Məhsuldar alınan qarşılaşma Münhen təmsilçisinin qələbəsiylə yekunlaşıb.
 
"Union Berlin" doğma meydanda mövsümün gümüş mükafatçısı "Leypsiq"i qəbul edib. Bu oyunda meydan sahibləri çətin qələbə qazanmaqla avrokuboklara vəsiqə qazanıblar.
 
Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən "Bayer" Dortmund səfərində "Borussiya" ilə qarşılaşıb. Dortmundlular bu oyunda qələbə qazanmaqla bürünc mükafata sahib çıxıblar. Mönhenqladbax "Borussiyas"ı səfərdə "Verder"in qonağı olub və inamlı qələbəyə sevinib.
 
Beləliklə, mövsümün yekunlarına əsasən, çempion "Bavariya" ilə yanaşı, "Leypsiq", "Borussiya" (Dortmund) və "Volfsburq" komandaları UEFA çempionlar Liqasında iştirak hüququ qazanıb. "Ayntraxt"la "Bayer" Almaniyanı Avropa Liqasında, "Union Berlin" isə Konfrans Liqasında təmsil edəcək.
 
Son iki pilləni tutan "Şalke" və "Köln" klubları əsas Bundesliqanı tərk edib. 16-cı pilləni tutan "Verder" isə elitada qalmaq üçün pley-off oyunları keçirməli olacaq.
 
Almaniya Bundesliqası
34-cü tur
22 may
 
Bavariya – Auqsburq 5:2
Qol: Qaueleu, 9-öz qapısına. Qnabri, 23. Kimmix, 33. Koman, 43. Levandovski, 90 – Han, 67. Nyederlexner, 72.
 
Borussiya (Dortmund) – Bayer 3:1
Qol: Haland, 5; 84. Roys, 51 – Bender, 90-pen.
 
Ayntraxt – Frayburq 3:1
Qol: A.Silva, 62-pen. Ture, 87. Axe, 90+3 – Yonq, 77.
 
Hoffenhaym – Herta 2:1
Qol: Adamyan, 49. Kramariç, 90+1 – Darida, 43.
 
Ştutqart – Arminiya 0:2
Qol: Klos, 66-pen. Doan, 72.
 
Union Berlin – Leypsiq 2:1
Qol: Fridrix, 67. Kruse, 90+2 – Kluyvert, 55.
 
Verder – Borussiya (Mönhenqladbax) 2:4
Qol: Raşiça, 80. Fullkruq, 83 – Ştindl, 3. Turam, 52. Bensebaini, 58. Noyhaus, 67.
 
Volfsburq – Maynts 2:3
Qol: Filipp, 47. J.Viktor, 66 – Boetius, 44. Kayson, 54. Bell, 77.
 
Köln – Şalke 1:0
Qol: Bornau, 86.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest